hansgrohe AddStoris ilə hamam otağının fərdi və harmonik dizaynı

Rifah atmosferi
Gündəlik həyatın təlaş və gərginliyi nə qədər çox artarsa, biz bir o qədər "yavaşlamağa" ehtiyac duyuruq. Hamam otağı istirahət və bərpa üçün nəzərdə tutulmuş tənhalıq məkanıdır. Məkanın yaratdığı ahəngdar təəssüratı daxili tarazlıq üçün həqiqətən vacibdir. Hamam otağının memarlığı ən xırda detallara qədər düşünülməli, eyni zamanda xoşagələn mühit yaratmalıdır.
İncəliklə hazırlanmış hamam otağı düşünülmüş tərtibat, yüksək keyfiyyətli material və dizayn məhsulları ilə seçilir. Qarmaqlar, dəsmal tutacaqları, sabun qabları - hansgrohe AddStoris ümumi dizayna uyğun olaraq, indiki halda parıltılı qızıl effekti ilə, hamam otağınıza son cizgilər əlavə edəcək müxtəlif aksesuarlar təklif edir.

Müasir minimalist dizaynda işlənib hazırlanmış yeni seriya hansgrohe AddStoris aksesuarları yaradıcı imkanlarınızı həyata keçirməyə və hamam otağının harmonik interyerini yaratmağa imkan verir. Səliqəli, incə və sadə görünüşü sayəsində aksesuarlar ən müxtəlif üslublarla belə mükəmməl uyğunlaşır. hansgrohe FinishPlus seriyasının səth çeşidlərinə uyğun olaraq, bütün AddStoris aksesuarları müvafiq altı rəngdə mövcuddur: xrom, mat qara, mat ağ, qızılı, bürünc, parlaq qara xrom.

hansgrohe-nin təqdim etdiyi AddStoris seriyası hamam otağınızın üslubunu vurğulayır.

Minimalist dizaynda məhsulların müxtəlifliyi və altı mümkün rəng çaları hamam otağında xoş əhval-ruhiyyə yaratmaqda yaradıcılıq qabiliyyətinizi üzə çıxarmağa imkan verir. Əlavə olaraq, onların sayəsində lazım olan hər şeyi saxlamaq, eyni zamanda da hamam otağındakı səliqə-sahmanı qoruyub saxlamaq asandır.

Hamam otağı, gündəlik həyatın təlaşında daxili tarazlığınızı yenidən kəşf edə biləcəyiniz bir tənhalıq məkanıdır. Hamam otağının memarlığı və mebelləri ən xırda incəliklərə qədər uyğunlaşdırıldıqda, nəticədə dolğun istirahəti təmin edən tamamilə ahəngdar mühit yaranır. Hansgrohe AddStoris seriyasının yeni aksesuarları həmçinin “cilalanmış bürünc” kimi incə metal səthlərdə də mövcuddur. Onlar zərifliyi və müasirliyi ustalıqla birləşdirərək, həm tünd, həm də açıq rəngli hamam otağında göz oxşayan təzadlar yaradırlar.

Hansgrohe AddStoris aksesuarları həndəsi mebel parçaları ilə yaxşı uyğunlaşır.

Çanaq, duş və ya vanna zonasında AddStoris aksesuarları müasir hamam otağı mebellərini tamamlayır və mat qara kimi qeyri-adi rənglərdə təqdim olunur.

Hamam otağı üçün çanaq gündəlik fəaliyyətlərin mərkəzidir, ona görə də sizə lazım olan hər şey həmişə qaydasında və əlinizin altında olduqda əladır. Burada hansgrohe AddStoris çeşidindən hamam otağının dizaynı ilə ahəng təşkil edən aksessuarlar lazımlı olacaq. Bu fotoşəkillərdə onların hansgrohe AddStoris silsiləsinin bütün elementlərinin dizayneri olan Phoenix Design tərəfindən yaradılmış mat qara rəngli yeni hansgrohe Finoris seriyasının qarışdırıcılarını necə tamamladığını görə bilərsiniz.

Addstoris kolleksiyası haqqında daha ətraflı məlumat əldə edin

Videoya bax

Faydalı keçidlər:

Biz hansgrohe məhsullarının quraşdırılması və servisi haqqında video icmalları təqdim edirik.
Yaxınlığınızdakı pərakəndə satış nöqtələrimiz
Tərəfdaşlarımız
Rich Interior
Babek prospekti 31H / Bakı AZ1031 / Azərbaycan  
+994507111010

Kafkas Tikinti Materialları
Akademik Həsən Əliyev küçəsi 80D / Bakı AZ1003 / Azərbaycan 
+994125648526

Collezione Italia
Albert Aqarunov küçəsi 1 / Bakı AZ1110 / Azərbaycan
+994502281100

Ego
Yusif Vəzir Çəmənzəminli küçəsi 17 / Bakı AZ1000 / Azərbaycan 
+994504403355

Kale Seramik VIP
Xətai prospekti 36 / Bakı AZ1008 / Azərbaycan 
+994559111090

Akabe Azadlıq
Azadlıq prospekti 19/79, Nəcəf Nərimanov küçəsi ilə kəsişmə / Bakı AZ1106 / Azərbaycan 
+994124122300

Demir Interior
Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi ev 3, mənzil 4 / Bakı AZ1104 / Azərbaycan 
+994502056065

Akabe Dərnəgül
Ziya Bünyadov prospekti 13 / Bakı AZ1000 / Azərbaycan 
+994552293358

Akabe Kütahya
Albert Aqarunov küçəsi 12 / Bakı AZ1110 / Azərbaycan 
+994552293152

Akabe Binəqədi
Binəqədi şossesi 12, M.Ə.Rəsulzadə qəsəbəsi / Bakı AZ1003 / Azərbaycan 
+994554441823

Kale Seramik Premium
Akademik Həsən Əliyev küçəsi 26 / Bakı AZ1078 / Azərbaycan 
+994558085253

Ego VIP
Azadlıq prospekti 116 / Bakı AZ1009 / Azərbaycan 
+994504403399